Interposta.Info

6 ay ərzində Ukraynaya hücum başlaya bilər - Moskva XƏBƏRDARLIQ ETMİŞDİ

Dünya
 17-01-2018, 21:25     10 411

“ABŞ “Javelin” tank əleyhinə raket komplekslərini yarım il ərzində Kiyevə verə bilər”.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı qüvvələrinin Baş qərargahının rəhbəri Viktor Mujenko bildirib.

“Onlar müxtəlif müddətləri bildirirlər, iki aydan beş aya qədər”, - o deyib.

Xatırladaq ki, ABŞ prezidenti Donald Trampın administrasiyası ötən ay Ukraynaya letal silahların, həmçinin “Javelin” tank əleyhinə raketlərin verilməsini bəyənib. Söhbət ümumi dəyəri 47 milyon dollar olan 210 tank əleyhinə raket və 35 raket sistemindən gedir.
6 ay ərzində Ukraynaya hücum başlaya bilər - Moskva XƏBƏRDARLIQ ETMİŞDİ


Daha əvvəl Dövlət Departamenti “Barrett M107A1” böyuk kalibrli snayper tüfəngləri, həmçinin onlar üçün döyüş sursatları və ehtiyat hissələrinin ixracına icazə verən ticarət lisenziyasını bəyənib. Onların ümumi dəyəri 41,5 milyon qiymətləndirilir.

Rəsmi Moskva ABŞ-ın Ukraynaya silah verəcəyi halda Donbas münaqişəsinin daha da gərginləşəcəyini və münaqişənin eskalasiyasına gətirib çıxaracağını dəfələrlə bəyan edib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26