Rusiya, ABŞ və İsrail arasında gizli danışıqlar ortaya çıxdı
Rusiya, ABŞ və İsrail nümayəndələrinin gizli danışıqlar apardığı üzə çıxıb.
Axar.az rus mənbələrinə istinadən xəbər verir ki, gizli danışıqların G20 sammitində Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampın görüşü ərəfəsində baş tutduğu bildirilib.
Danışıqlarda əsas müzakirə mövzusu Suriyanın cənubunda qarşıdurmaların bitməsi, İsrail, İordaniya və Suriya arasında de-eskalasiya sahələrinin müəyyən olunması olub.
Qeyd edək ki, bundan əvvəl Suriyadakı təhlükəsizlik zonalarına Rusiya, Türkiyə və İrandan olan birləşmələrin nəzarət etməsi ilə bağlı razılıq əldə olunmuşdu.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26

