Siyasi bambılı

Söhbət Kremlin idarə etdiyi Rusiya Liberal-Demokrat Partiyasının bambılı rəhbəri Vladimr Jirinovskidən gedir
Bu şəxs haqqında çox yazıblar. Söyənlər də olub, tərifləyənlər də, Kremlin sözçüsü olduğunu deyənlər də və s. Dəqiq olaraq hansı millətin nümayəndəsi olduğu da bilinmir. Sosial şəbəkələri araşdıranda məlum olur ki, min bir qatışığın “məhsul”udur... Bəlkə elə ona görə də hər dəfə bir məzhəkə nümayiş etdirir. Rusiyada isə ona öz tayları siyasətçi deyirlər. Seçkidən seçkiyə cibinə beş-on manat qoyub prezidentliyə namizədliyini də irəli sürürlər. Yaxşı yadımdadır, 2014-də bu üzdəniraq Bakıya da qonaq gəlmişdi. Araqdan-pivədən içib sərsəm-sərsəm danışdı. Ona əhsən deyənlər də tapıldı. Guya Jirinovski bu səfərdən sonra Azərbaycanı müdafiə edənlərin sırasına qoşulacaqdı, ermənilərə arxa çevirəcəkdi. Buna inananlar da var idi. Daha düşünmürdülər ki, bu bambılının arxası elə həmişə erməni tərəfə olub da...
Mətləbdən uzaq düşməyək. İndi də LDRP-nin bambılı sədri Jirinovski yeni bir ideya atıb ortalığa. Bütün respublikaları Rusiya ilə birləşib vahid ölkədə yaşamağa çağırır. Deyir ki, referendum yolu ilə yenidən bir SSRİ yaransın. Özü də iddia edir ki, hamı, o cümlədən, Pribaltika da buna qoşulacaq. Mən yaxşı bilirəm ki, bu ideya “alkaş” Jirinovskiyə məxsus deyil. Kremlin hansısa dar dəhlizindən ona ötürülüb ki, it kimi hürsün. Bəlkə səsinə səs verənlər tapılar. Amma zavallı Jirinovski və onun xaltasını əlində tutanlar fikirləşmirlər ki, Azərbaycan xalqı dövlət müstəqilliyini qan bahasına əldə edib. Beş-on rusiyapərəstin ulaşmasının heç bir xeyri yoxdur. Kim bilmir ki, Dağlıq Qarabağı əslində Rusiya işğal edib. Ermənilərin qulağından tutaraq sürüyə-sürüyə gətirib bizim torpaqlara. Bəlkə də əsl təcavüzkarın adını çəkmirik deyə, dünyada bizə qarşı münasibət birmənalı deyil. Jirinovski deyir: “Bizdə Donbas, Dnestryanı, Abxaziya, Osetiya, Qarabağ əzab çəkir”. Bunu mən özümdən yazmıram. Diqqət yetirin, Jirinovski “bizdə Qarabağ əzab çəkir” ifadəsini işlədir. Deməli, Qarabağı Rusiyanınki sayır. Həə, xoruzun quyruğu görünür. Rəsmi Kreml də Qarabağa həmişə Jirinovski kimi yanaşıb. Sadəcə, saxta diplomatiya naminə bunu açıq demir. Amma bilənlər bilir ki, bu əzəli Azərbaycan torpağında tökülən qanların baiskarı elə Rusiyanın özüdür. Mən bəzi həmkarlarımdan narazıyam. Rusiyadan tənqidi bir yazı yazanda həqiqəti demirlər. Ad çəkmirlər, yazırlar ki, bu ölkənin bəzi-bəzi dairələri, nə bilim nə. Sanki Kremlin və onun başında oturan Vladimr Putinin heç nədən xəbəri yoxdur. Hansısa dairəciklər Azərbaycan əleyhinə iş aparırlar. Lap gülməlidir.
Moskvada iki Vladimr var. Biri 100 milyardlarla dolların sahibi(bunu rus mətbuatı özü yazır), yaxınlarına və uzaqlarına hiyləgər planlar cızan Putin, digəri isə onu sadiq köpəyi Jirinovski. Lap da elə böyük fərqləri yoxdur. Sadəcə biri prezident kürsüsündə oturmağı bacararaq çarlıq edir, xam xəyallara qapılıb. Öz ideyalarını da gülüş və nifrət hədəfinə çevrilməsin deyə bambılı Jirinovski vasitəsi ilə bizlərə çatdırır.
Qeyd etdiyim kimi, Azərbaycan xalqı öz suverenliyini qan bahasına əldə edib. Paytaxtımızın ən uca zirvəsində şəhidlər xiyabanı buna bariz nümunədir. Millətimizin Dağlıq Qarabağda axan qanı əbəs deyil. Biz ərazi bütövlüyümüz uğrunda mübarizəmizi davam etdiririk. Lap elə bu yaxınlarda erməni daşnakları iki yaşlı balaca Zəhranı da qanına qəltan etdilər. İndi qaniçən və vəhşi erməni xalqı ilə birləşək? Bizim geriyə yolumuz yoxdur. Torpaqlarımızı azad edib suverenliyimizi daha da möhkəmləndirməliyik. Rusiya da bir qonşu olaraq bizə hörmət etməlidir. İstəmirsə, bizə dost tapılar. Dünya yalnız Rusiyadan ibarət deyil.
Yenə keçirəm bambılı Jirinovski söhbətinə. Məsləhətim budur ki, onun dediklərinə heç kim əhəmiyyət verməsin. Uzun illərdir ki, Kremlin darvazalarına zəncirlənib hürür. Bu da olsun növbətisi.
Müqəddəs Mehdiyev “Şimal xəbərləri” qəzetinin baş redaktoru
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26