Interposta.Info

Jirinovski: Rusiyanı o adam idarə etməlidir

Dünya
 20-12-2017, 18:34     10 409

Rusiya prezidenti postuna daha təcrübəli biri sahib olmalıdır.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski deyib.

Jirinovski Rusiyanı idarə etmək üçün böyük həyat təcrübəsinə sahib olmağın vacibliyini vurğulayıb. O, 71 illik həyatının 43 ilini sovet hakimiyyəti altında yaşadığını və çar hakimiyyətini görmədiyi üçün təəssüfləndiyini bildirib. Partiya sədri əsl liderin ölkəsində ən mühüm tarixi əhəmiyyətli hadisələri yaşamalı olduğunu qeyd edib.

“Prezident öz ölkəsinin tarixini dərindən bilməlidir. Avropanın, Asiyanın, Amerikanın tarixini bilməlidir. Bütün hiyləgərlikləri, çəkişmələri, inqilabları, iqtisadi nəzəriyyələri, xarici dilləri bilməli, xarici ölkələri və ölkəsinin hər yerini gəzməlidir”, - Rusiya Federasiyasının regionlarına 642 dəfə səfər etdiyini bildirən Jirinovski deyib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26