Interposta.Info

Jirinovski

Siyasət
 19-01-2017, 11:19     851

Jirinovski
Rusiyanın hazırkı konstitusiyası ölkənin tərkibindəki respublikaların ayrılmasına imkan verir.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski söyləyib.

“Sovet qanunvericiliyində də eyni normalar var idi. Bu, SSRİ-nin yenidənqurma illərində çöküşünə şərait yaratdı. Bütün sovet konstitusiyalarında respublikaların İttifaqdan çıxması haqqında bəndə yer verilirdi. Biz eyni minanı hazırkı konstitusiyaya da yerləşdirmişik. Rusiyadakı respublikalar artıq müstəqil dövlətlərin bütün simvollarını əldə ediblər. Onların öz dilləri, öz konstitusiyaları, əraziləri var. Tam müstəqil olmaq üçün öz valyutalarını tətbiq edib, sərhədlərdə dirəklər yerləşdirmələri kifayətdir”, – partiya sədri bildirib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26