Interposta.Info

Güney Azərbaycanın İrandan ayrılması... -

Siyasət
 13-06-2017, 11:02     634

İran daxilində teraktlar ölkəni daxildən qeyri-stabilliyə sürükləməyə cəhdlə bağlı verilən aydın işarədir.

interposta.info
xəbər vürir ki, bu sözləri Axar.az-a açıqlamasında rusiyalı politoloq Qriqori Trofimçuk söyləyib. Politoloq qeyd edib ki, xarici təyziqlər Tehranın geosiyasi düşmənlərinə tez və ağrısız qələbə qazandırmır.

O, həmçinin teraktların simvolik və müqəddəs yerdə törədilməsinə diqqət çəkib:

“Sonuncu dəfə burada situasiyanı daxildən parçalamaqla bağlı böyük cəhdə 2009-cu ildə cəsarət edilmişdi. Bu gün dünyada çox şey pisə doğru dəyişib. Üstəlik, dünyada Suriya müharibəsi gedir. Əsas məsələ odur ki, ABŞ-ın yeni administrasiyasının İrana qarşı münasibəti gözlənilmədən pisdən ən pis səviyyəsinə düşdü.

Ona görə də bu gün İranı daha sərt şəkildə blokadaya almağa yardım edəcək bütün aksiyalara izn verilib. Dolayısı olaraq, bu, İrandan sonra bütün meydanın məhv edilməsidir. Buraya xüsusi olaraq, İran haqqında öz fikrini söyləyən Qətərin blokadası da aiddir. Hər kəsə aydındır ki, İran üçün situasiya pis tərəfə doğru Ər-Riyaddakı böyük sammitdən sonra dəyişməyə başladı. Özbaşına Səudiyyə Ərəbistanı İranın üzərinə düşməyə cəsarət edə bilməzdi”, – deyə o bildirib.

Rus ekspert hələlik İranın parçalanması ssenarisinin aktivləşdirilmədiyini söyləyib:

“İranın düşmənləri tərəfindən mümkün parçalanma vasitələrindən biri də millətlərarası faktordur. Hazırda ölkənin daxilində elə də sadə olmayan etnik xəritə mövcuddur. Hələlik bu rıçaq işə salınmayıb. Görünür, bunun üçün şərait yetişməyib. Bu variant ayrı-ayrı teraktlardan yüzlərlə dəfə güclü sayılır.

Əgər biz Cənubi Azərbaycandan danışsaq, o zaman “baza” olan müstəqil Azərbaycan üçün bu, arzulanmaz ssenari olardı. İranın parçalanması Cənubi Qafqaz kimi regionda ağrısız baş tutmayacaq. Çünki İranla müharibə şəraitində bu bölgədəki hər kəsi parçalayacaqlar”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26