Interposta.Info

İrandan ABŞ-a böyük jest -

Dünya
 6-02-2017, 09:58     685

İrandan ABŞ-a böyük jest -
Tehran rəhbərliyi ABŞ güləşçilərinə tətbiq edilən qadağanı ləğv edib.

Axar.az xəbər verir ki, bir müddət öncə Trampın qərarları səbəbindən ABŞ güləşçilərinin İrana girişinə qadağa qoyan Tehran hökuməti sonradan qərarını dəyişib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi ABŞ-da federal hakimin təşəbbüsü ilə Trampın viza qadağasının dayandırılmasından sonra belə bir qərar verildiyini bildirib.

Qeyd edək ki, güləş üzrə Dünya çempionatı fevralın 16-17-də İranın Kirmanşah şəhərində keçiriləcək.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26