Interposta.Info

İrandan Qarabağ açıqlaması: Böyük problem...

Müxtəlif
 7-08-2017, 15:40     10 513

Dağlıq Qarabağla bağlı məsələdə bizim məsləhətimiz danışıqların davam etdirilməsidir.

interposta.info xəbər verir ki, APA-nın məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, İranın hər iki şimal qonşusu ilə çox yaxşı münasibətləri var:

“Hər iki ölkə bizim üçün önəmlidir. Bu iki ölkənin arasında mövcud olan münaqişə və ixtilaf böyük problemdir. Bu ixtilaf uzun müddətdir var və bizim məsləhətimiz danışıqların davam etdirilməsi yolu ilə problemin həlli və Cənubi Qafqazda sabitliyin yaranmasıdır”.

B. Qasimi regiondakı prosesləri diqqətlə izlədiklərini və sərhədləri nəzarətdə saxladıqlarını söyləyib:

“Bu münaqişələrə görə sərhədlərimizi pozmağa icazə vermərik. Lakin digər ölkələrin müdaxiləsi ilə münaqişə alovunun genişlənməsi təhlükəsi mövcuddur”.

İran XİN-in sözçüsü ABŞ-ın İranın hərbi obyektlərinə baxış keçirməklə bağlı təklifinə münasibət bildirib və bu istəyi lətifə adlandırıb:

“Bu, bir lətifədir və hansısa yumor ustası onu yazıb. Hər nə lazım idisə, müzakirələrdə əldə olundu”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26