Interposta.Info

Tehrandan İrəvana sərt xəbərdarlıq

Siyasət
 7-08-2017, 21:43     10 451

İran Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında maraqlıdır və Ermənistanla Azərbaycanı dialoqa çağırır.

Trend-in məlumatına görə, bunu İran XİN-in nümayəndəsi Bəhram Qasımi deyib.

İran XİN-in bu açıqlamasına diqqət verməmək olardı, amma B.Qasımi münaqişənin həlli prosesinə üçüncü qüvvələrin cəlb olunmasının Tehran üçün “daimi narahatlıq” mövzusu olduğunu deyib və əminliyini bildirib ki, münaqişənin həll olunması regionda stabillik və təhlükəsizliyi artıracaq.

Böyük ehtimalla söhbət münaqişə zonasına sülhməramlı qüvvələrin yerləşdirilməsindən gedir. Yerevan uznu müddətdir ki, sülhməramlıların bölgədə yerləşdirilməsini arzulayır, onun fikrincə bu, Dağlıq Qarabağ münaqişəsində yaranmış status-kvonu gücləndirəcək.

Difər tərəfdən, əgər söhbət sülhməramlılar haqqında getmirsə, İran bu məsələdə daha kəskin mövqe ifadə edə bilər. İran Ermənistanın ciddi cəhdlə bölgəyə cəlb etməyə çalışdığı üçüncü qüvvələrə münaqişəyə müdaxilə etməyə imkan verməyəcək.

Bəhram Qasıminın açıqlamasında Ermənistana digər eyhamı ondan ibarət idi ki, İran şimal sərhədlərinin yaxınlığında baş verən prosesləri diqqətlə izləyir və münaqişənin İran əhalisinə ziyan vurmasına icazə verməyəcək.

Məsələ ondadır ki, söhbət etnik azərbaycanlıların sıx yaşadığ İran bölgələrindən gedir və Azərbaycan heç bir halda onlara qarşı güc tətbiq etməyə hazırlaşmır. Ermənistan bütün azərbaycanlıları öz qan düşməni kimi görür.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26