Interposta.Info

İran XİN Ermənistanı tənqid etdi

Dünya
 3-05-2017, 18:10     540

İranın Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın bir sıra KİV-nin öz məqsədləri üçün sui-istifadələrə yol verməsini tənqid edib.

İranın XİN sözçüsü Bəhram Qasımi APA-nın Tehran müxbirinə bildirib ki, İranın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyində heç bir dəyişiklik baş verməyib:

"Erməni mətbuatının öz məqsədləri naminə sui-istifadələrə yol verməsini qınayırıq.

Ötən bir neçə gün ərzində də Ermənistanın bir sıra KİV-i yenidən düzgün olmayan hərəkət edib, erməni mətbuatının bu addımı İranın XİN ekspertlərinin narahatlığına səbəb olub. İran Dağlıq Qarabağ probleminin həlli üçün yardım etməyə hazır olduğunu elan edən ilk ölkələrdəndir. İranın Azərbaycanla da yaxşı əlaqələri var və bu əlaqələri daha da inkişaf etdirməkdə maraqlıdır".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26