Interposta.Info

İrandan ermənilərin yaratdığı plakat qalmaqalına münasibət

Siyasət
 4-03-2019, 08:48     10 454

""Ararat” idman kompleksində erməni dilində bir neçə plakatın asılması özbaşına və qəbuledilməz bir addım idi, İran İslam Respublikası bunu dəstəkləmir".

İnterPosta.info
bildirir ki, bunu ONA-ya açıqlamasında İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi bildirib.

B.Qasimi deyib ki, Ermənistan baş naziri Nikol Paşinyanın "Ararat” idman kompleksində olması və İranda yaşayan eyni dinə mənsub vətəndaşlarla görüşü normal haldır:

"Lakin Ararat idman kompleksində Dağlıq Qarabağ münaqişəsinə dair erməni dilində bir neçə plakatın asılması özbaşına atılmış bir addımdır, qəbuledilməzdir ”

İran Xarici İşlər Nazirliyinin sözçüsü İranın Qarabağ münaqişəsinə dair siyasətinin həmişəki kimi şəfaf və aydın siyasət olduğunu, dəyişmədiyini vurğulayıb:
"Münaqişə beynəlxalq prinsiplər əsasında və danışıq yolu ilə həll edilməlidir. İran üçün Ermənistan və Azərbaycanla münasibətlərinin Qarabağ münaqişəsinin təsiri altında olmaması çox önəmlidir. Ona görə İran bu məsələdə öz əsaslı və məntiqli siyasətini davam etdirir. Ümid edirik ki, münaqişə sülhməramlı səylərlə diplomatik yollarla tez bir zamanda həll ediləcək. İran iki ölkə arasındakı bu münaqişənin dinc yolla həlli üçün çalışıb, yenə də, bunun üçün bütün səylərini göstərə bilər”.

İran-Azərbaycan münasibətlərini dəyərləndirən B.Qasimi deyib: "Azərbaycan müstəqillik əldə etdikdən sonra davamlı olaraq münasibətlərimiz yüksələn xətt üzrə inkişaf edib. İran Azərbaycanın, Ermənistanın və digər qonşu ölkələrin sabitliyini və iqtisadi inkişafını dünyanın ən həssas bölgəsi olan regionumuzun inkişafı hesab edir. Bizim istəyimiz qonşu ölkələrin bir-biri ilə düşmənçilikdən uzaq, dinc və təhlükəsiz yaşamasıdır”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26