Interposta.Info

“Qarabağın Azərbaycan torpağı olduğunu Paşinyanın selfisi dəyişə bilməz”

Müxtəlif / Paradoks
 3-03-2019, 22:08     11 486


Ermənistan rəsmiləri İrana səfərləri zamanı daha çox Azərbaycana qarşı çıxışları ilə yadda qalırlar.

Deməli, İslam Respublikasının Prezidenti Həsən Ruhaninin dəvət ilə fevralın 27-28-də Ermənistan hökumətinin başçısı Nikol Paşinyan İranda rəsmi səfərdə olub. Səfərin indiki şəraitdə Ermənistan və İran üçün əhəmiyyətinə qısaca olaraq toxunmaq istərdik.

Mövzuyla bağlı DAA-nın milli azlıq və dini məsələlər üzrə müşaviri Nicat İlyasov İnterPosta.info-ya açıqlama verib:

“Bir neçə gün öncə, Ermənistanın baş naziri Nikol Paşinyanın İran İslam Respublikasında səfərdə olarkən Ararat idman klubunda İran ermənilərilə görüşü zamanı səsləndirdiyi sərsəm fikirlər, bir daha təmsil etdiyi dövlətin Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sərgilədiyi mövqeyi, bütün çılpaqlığı ilə ortaya qoyur. Bu cür qeyri ciddi sərsəm bəyanatlarla, N.Paşinyan və ona bu görüşü təşkil edən bəzi havadarları İran Azərbaycan münasibətlərinə xələl gətirməyə çalışırlar. Amma əlbəttəki , siyasi savadsızlıq və dünya görüşünün dar çərçivəli olması bu cür hərəkətlərə yol aça bilər. İran və Azərbaycan Respublikaları , son illərdə ən güclü siyasi-iqtisadi sahədə əməkdaşlıq edirlər.Ortaq tarix, oxşar mədəniyyət Ermənistandan fərqli olaraq İran və Azərbaycan respublikalarını, bir -birinə daha sıx bağlayır. Ən vacib məsələ isə İranın etnik tərkibi məsələsidir.1000 ilə yaxın bütün İranı idarə edən Azərbaycan türk sülalələri bəhs etdiyimiz dövlətin tarixində tarix səhnəsindən silinməyəcək böyük miras və iz qoymuşlardır. Hazırda 40 milyona yaxın soydaşlarımızın ana vətəni olan İran İslam respublikasında cəmi bir neçə yüz min il gəlmə ermənilərin yaşaması Azərbaycan-İran münasibətlərinın zədələnməsini ümid edən N.Paşinyan və İrandakı bəzi havadarlarının necə bir xülyaya dalması gülünc doğurur. Bütün dünya dövlətləri Qarabağın Azərbaycan torpağı olduğunu dəfələrlə ən süysək səviyyədə etiraf etmişdir. Bunu nə "Ararat" futbol klubunun idman zalında cəmləşmiş bir neçə yüz erməni,nə onların başlarının üzərində asdıqları gülünc plakatları nədəki siyasi liderə yaraşmayan yarımçıq başının yer aldığı N.Paşinyanın selfisi dəyişə bilər”.

İnterPosta.info

“Qarabağın Azərbaycan torpağı olduğunu Paşinyanın selfisi dəyişə bilməz”

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26