Interposta.Info

İrandan Trampın qərarına qarşı

Dünya
 29-01-2017, 12:15     759

İrandan Trampın qərarına qarşı

ABŞ Prezidenti Donald Tramp 7 müsəlman ölkəsi vətəndaşlarının ölkəyə girişinə icazə verməyən qanun layihəsini ləğv etməyənə qədər Amerika vətəndaşları da İrana buraxılmayacaq.

Bu barədə İran Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunub.

“İran vətəndaşlarının hüquqlarını qorumaq üçün ABŞ-ın təhqir dolu qanunu ləğv olunana qədər qarşılıqlı addım əsasında hərəkət edəcəyik. Bu qərar 3 aylıq olsa da, İslam ölkələrinə, xüsusilə İran xalqına qarşı bir təhqirdir”, - bəyanatda bildirilib.

Qeyd edək ki, Trampın imzaladığı sənəddə Suriya, İraq, Liviya, İran, Sudan, Somali və Yəməndən ABŞ-a getmək istəyənlərə 90 gün viza verilməyəcəyi və Suriyadan ikinci təlimata qədər heç bir miqrantın alınmaması qeyd olunur./axar.az

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26