Interposta.Info

Trampdan tənqidlərə

Dünya
 30-01-2017, 08:08     710

Trampdan tənqidlərə
ABŞ Prezidenti Donald Tramp 7 müsəlman ölkəsinə qarşı tətbiq etdiyi qadağaya haqq qazandırıb.

Axar.az xəbər verir ki, Tramp Tvitter hesabındakı paylaşımında verdiyi qərarın arxasında olduğunu bildirib.

“Ölkəmizin güclü sərhədlərə və ciddi nəzarətə ehtiyacı var, indi. Dünyada və Avropada baş verənlərə baxın. Dəhşətli xaos yaşanır”, - Tramp qeyd edib.

Başqa bir Tvitter paylaşımında isə milyarder prezident bu sözləri yazıb:

“Yaxın Şərdə xeyli xristian qətlə yetirildi. Bu dəhşətin daha çox davam etməsinə göz yuma bilmərik”.

Qeyd edək ki, Trampın imzaladığı sənəddə Suriya, İraq, Liviya, İran, Sudan, Somali və Yəməndən ABŞ-a getmək istəyənlərə 90 gün viza verilməyəcəyi və Suriyadan ikinci təlimata qədər heç bir miqrantın alınmaması vurğulanır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26