Interposta.Info

Ermənilər

Dünya
 31-01-2017, 16:27     918

Ermənilər
ABŞ Prezidenti Donald Tramp miqrantlarla bağlı fərman imzaladıqdan sonra bu ölkədə yaşayan bir sıra erməni hava limanında saxlanılıb.

Publika.az xəbər verir ki, Amerika Erməni Milli Komitəsinin (ANCA) müraciətdə ABŞ-dakı ermənilərin vəziyyətinin yaxşı olmadığı məlum olur.

“ABŞ hava limanlarında saxlanılan, yaxud ölkəyə təkrar giriş zamanı problemlərlə qarşılaşan ermənilər bizə müraciət etsin”, - deyə komitə bəyanat yayıb.

Qeyd edək ki, D.Trampın fərmanı ilə Suriya, İraq, İran, Somali, Sudan, Liviya və Yəməndən gələnlərin ABŞ-a girişi qadağan edilib. Fərmana görə, milliyyətindən asılı olmayaraq, bu ölkələrdən gələn şəxslər geri qaytarılır.

Erməni komitəsi isə bu ölkələrdən gələn ermənilərə dəstək göstərəcəyini bəyan edib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26