Interposta.Info

Ərdoğan bunu bacardı:

Dünya
 18-04-2017, 10:46     440

Türkiyədəki referendum Ərdoğanın prezident hakimiyyətini hüquqi cəhətdən möhkəmləndirdi. Burda sensasiyalı heç nə yoxdu.

interposta.info xəbər verir ki, bu sözləri rus politoloq Qriqori Trofimçuk Türkiyədə keçirilən referendum haqda Axar.az-a açıqlamasında deyib. Politoloq vurğulayıb ki, Ərdoğanın hakimiyyəti 15 iyul 2016-cı il çevriliş cəhdindən sonra artıq möhkəmlənməyə başlamışdı:

“Sadəcə olaraq, problem ondadır ki, prezident tərəfdarları ilə bu qərara qarşı çıxan şəxslərin sayı, demək olar ki, eyni oldu. Və bu təhlükəli vəziyyət, şübhəsiz ki, gələcəkdə Türkiyədə baş verəcək hadisələrdə öz rolunu oynayacaq. Əgər Ərdoğan anti-İran sanksiyalarında və Suriya böhranı məsələsində lazım olduğu kimi davranmasa, bu məqamdan Qərb xüsusi istifadə edəcək.

İndi müxalifət artıq Türkiyə daxilində Ərdoğana bildirir ki, hər şey o qədər də rahat olmayacaq. Onu da vurğulayaq ki, Türkiyə əhalisinin əhəmiyyətli kəsimi Atatürk tərəfindən əsası qoyulan dövlət modelindən uzaqlaşmaq istəmirdi”.

Politoloqun fikrincə, referendumdan sonrakı idarəçilik sistemi Türkiyə prezidentinə aldığı qərarlarda heç kimlə hesablaşmamaq şansı verəcək:

“Vaxt qıtlığı və dövlət sistemlərinin operativ fəaliyyəti baxımından bir çox hallarda bu, daha yaxşıdır. Lakin burda qərarlar rəhbərin şəxsiyyətindən və fərdi qabiliyyətlərindən asılı olur. Türkiyənin əsas problemlərinin həllində operativ, amma düzgün qərarlar vacibdir. Çünki Türkiyə ətrafında belə problemlərin olacağı dəqiqdir, bu ölkə keçmiş və gələcək hadisələrin mərkəzində, Qərblə Şərq arasında, Yaxın Şərqlə Qafqaz, İran yaxınlığında yerləşir”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26