Interposta.Info

"Ərdoğan Türkiyədə müxalifəti razı salacaq addımlar atmalıdır" —

Siyasət
 17-04-2017, 20:24     479

Dünən Türkiyədə parlamentli respublikadan prezidentli respublikaya keçid üçün təyin edilən referendum həyata keçirildi.

Hakim partiyanın irəli sürdüyü konstitusiya dəyişikliyi 1% səs fərqi ilə qəbul edildi. AKP-yə MHP-də dəstək verirdi. CHP və digər partiyalar isə buna qarşı çıxırdılar. Maraqlıdır ki, Türkiyənin böyük şəhərləri, Ankara, İstanbul, İzmir və digərləri hakim partiyanın irəli sürdüyü konstitusiya dəyişikliyinə "yox" deyib.

Gözlənilmədən müxalif düşərgənin bu qədər səs alması bundan sonra Türkiyədə gedəcək prosesləri daha da maraqlı edəcək.

interposta.info xəbər verir ki, Türkiyədə keçirilən referendum və ondan sonrakı dövrdə gedəcək proseslər bardə politoloq Elşən Manafov ölkə.az-a danışıb:

"Türkiyədə referendumun dünən açıqlanan nəticələri fərqli nəticələr gözləyən daxili və xarici ekspertlərin çoxusunu çaşdırdı. Hər halda referendum ərəfəsində ölkədə keçirilən rəy sorğularının Ərdoğanın tərəfdarlarının 52-nin 41-ə nisbətində qalib gələ biləcəyi ilə bağlı fikirlər söyləyirdilər. Dünən referendumun nəticələri açıqlanandan sonra bəlli oldu ki, ana müxalifət partiyası seçicilərin təxminən 49%-ə yaxınının səsini qazandı. Bu da onu göstərir ki, Ərdoğan çox kiçik bir faizlə özünün konstitusiya islahatları ilə bağlı təkliflərinin hüquqi müstəvi üzərinə keçməsinə şans əldə etdi. Əslində Türkiyə seçiciləri kiçik bir üstünlüklə Ərdoğanın bu islahatları həyata keçirməsi üçün şans verdilər".

Türkiyədə referendumdan sonra hadisələrin necə cərəyan edəcəyi ilə bağlı suala cavab verərək politoloq bildirdi ki, Türkiyənin ana müxalifətinin, o cümlədən Avropa institutlarının Türkiyədəki referendumun nəticələrini tanıyıb-tanımayacağı ilə bağlı məsələlərdən də kifayət qədər asılı olacaq:

"İqtidar referendumun bəlli nəticələrinin realist olduğunu özü bəyan edib və legitimliyinin təxminən 2% olmasının mahiyyətinə də varır. Əslində Türkiyədə seçici olan vətəndaşları tən yarısı məhz Atatürkdən qalma parlamentli üsul idarənin qalmasının tərəfdardır. Bundan sonra Ərdoğan ana müxalifətlə danışıqlardan və bu danışıqların nəricəsindən çıxış edə bilərək hansısa addımlar atacaq.

Ərdoğan tərəfdarlarının qələbənin tam bayram edilməsi üçün əllərində kifayət qədər ciddi siyasi əsas yoxdur. Hüquqi əsas isə kiçik bir faizdir. Hazırda müəyyən dövlətlər, o cümlədən Azərbaycan dövləti referendumun nəticələri ilə bağlı Türkiyə dövlətini və prezidentini təbrik ediblər. Bununla belə bu seçkilərin nəticələri Ərdoğanın proqnozlaşdırdığı nəticəni vermədi. Türkiyə indiki konteksdə müxalifətlə hakimiyyət tərəfdarları arasından qarşdurmaya çox həssas məqama gəlib. Əgər Türkiyə müalifəti seçkilərin nəticələrini tanısa və referendumun legitimliyini qəbul etsə, aydındır ki, müxalifətin özünün də timsalında Ərdoğan konstitusiya islahatlarını həyata keçirmək üçün mandat əldə etmiş olacaq. Müxalifət bu seçkilərin nəticələrini tanımayıb, Avropa institutlarına müraciət edəcəksə, güman edirəm ki, Ərdoğan nəzərdə tutduğu islahatların həyata keçirilməsi üçün kifayət qədər ciddi siyasi və geosiyasi şəraitin yaranmamasının mahiyyətinə varmaq məcburiyyətində qalacaq. Çünki Türkiyə dünyadan təcrid edilmiş bir dövlət deyil. Türkiyədə seçicilərin demək olar ki, yarısının Türkiyədəki konstitusiya islahatlarının xeyrinə səs verməməsi Türkiyə iqtidarını düşünməyə və götür-qoy etməyə sövq edəcək.

15 iyulda Türkiyədə hakimiyyət çevrilişinə cəhd zamanı Türkiyə cəmiyyəti müxalifətli, iqtidarlı birlikdə buna qarşı çıxdılar. Bu konteksdə artıq əhali, seçicilərin səsləri parçalanıb.

Bundan sonra hakimiyyətlə müxalifət arasında müxalifəti razı salan hansısa razılıqlar əldə edilməlidir".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26