Interposta.Info

Son dəqiqə: Türkiyədə sistem dəyişdi! - Canlı yayım

Dünya
 17-04-2017, 00:27     780

19:25

Türkiyədə bu gün Konstitusiya dəyişikliyi ilə əlaqədar keçirilən referendumunda bülletenlərin 50 faizi sayılıb.

Axar.az xəbər verir ki, ilkin nəticələrə görə, seçicilərin 57.80 faizi Konstitusiya dəyişikliyinə “hə” deyib.

Seçkilərdə seçici fəallığı 84,05 faiz olub ki, bu da yüksək nəticə sayılır.

Konstitusiya dəyişikliyinə "Hə" cavabı çıxarsa, Türkiyədə sistem dəyişəcək və ölkə parlament üsul-idarəsindən prezident üsul-idarəsinə keçəcək.

***

Bu dəqiqələrə qədər seçki bülletenlərinin artıq 81,02 faizi sayılıb. Hazırkı nəticələrə görə, seçicilərin 53,91 faizi Konstitusiya dəyişikliyini dəstəkləyir, 46,09 faizi isə əleyhinədir.

***

Səslərin 86,09 faizi sayıldı. "Hə" - 53,39%, "Yox" - 46,71%

***

Seçki bülletenlərinin 90,05 faizinin nəticələrinə görə: "Hə" - 52,08%, "Yox" - 47,92%-dir.

***

Bülletenlərin 95 faizinin nəticəsi aşağıdakı kimidir: "Hə" - 52,16%, "Yox" - 47,84%.

***

Bülletenlərin 97,20 faizi sayıldı. Nəticə: "Hə" - 51,69%, "Yox" - 48,31%.

***

Bülletenlərin 99 faizi sayıldı. Nəticə: "Hə" - 51,41%, "Yox" - 48,59%.

***

Seçicilərin 99,5 faizinin səsi: "Hə" - 51,32%, "Yox" - 48,68%.

***

Seçicilərin təxminən hamısının (99,97) səsi hesablandı: "Hə" - 51,21%, "Yox" - 48,79%.

***

Ölkə xaricində olan seçicilərin səslərinin nəticəsi isə belədir: "Hə" - 58,99%, "Yox" - 41,01%.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26