Interposta.Info

Ərdoğanın xaricdən aldığı səslər təəccüb doğurdu

Gündəm
 17-04-2017, 12:21     912

Türkiyədə dünən keçirilən Konstitusiya dəyişiklikləri ilə bağlı ölkə xaricindən gələn səslərin nəticələri açıqlanıb.

Daha çox “Hə” cavabı çıxan ölkə Livan olub. Burada seçicilərin 93,88 faizi dəyişikliyi dəstəkləyib.

Konstitusiya dəyişikliyinin əleyhinə ən çox səs isə Tailanddan gəlib. Buradakı türklərin 87,08 faizi dəyişikliyin əleyhinə çıxıb.

Ən maraqlı nəticə Avropadan gəlib. Belə ki, Almaniya, Hollandiya, Belçika, Avstriya, Danimarka, Fransa, Lüksemburq, Norveç və Kosovada seçicilərin əksəri “Hə” cavabı verib. Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Əlcəzair, İraq, Qətər, Küveyt və İordaniyada isə “Yox” tərəfdarları üstünlük qazanıblar.

ABŞ, Rusiya, Çin, İngiltərə, İsrail və İranda yaşayan türklər də dəyişikliklərə “Yox” deyiblər.

Ümumilikdə ölkə xaricində səs verən türlərin 59,09 faizi (831.043 seçici) dəyişikliyi dəstəkləyib, 40,91 faizi (575.288 seçici) referendumda “Yox” deyib.

Qeyd edək ki, ötən gün keçirilən səsvermədə “Hə” tərəfdarları 51,18 faiz səslə qalib gəlib./Axar.az

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26