Interposta.Info

Ərdoğandan liderlərə təcili gecə zəngi

Gündəm
 17-04-2017, 07:28     588

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan referendumun son nəticələrinə ilk münasibətini bildirib.

Ərdoğan Baş nazir Binəli Yıldırım, MHP sədri Dövlət Baxçalı və BBP baş katibi Mustafa Dəstici ilə ilə telefon əlaqəsi yaradıb.

Prezident referendumdakı qələbəyə görə onları təbrik edib, nəticələrin Türkiyə xalqı üçün xeyirli olmasını diləyib.

Qeyd edək ki, referendumda ölkə seçicilərinin 84,05 faizi iştirak edib. Hazırda demək olar ki, bütün səslər hesablanıb (bülletenlərin 99,96 faiz sayılıb). Bu nəticəyə görə, seçicilərin 51,22 faizi Konstitusiya dəyişikliyini dəstəkləyib./Axar.az

Artıq Türkiyə prezident üsul-idarəsinə keçir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26