Interposta.Info

Ərdoğana təsadüfən “Sultan” demirlər ki! -

Siyasət
 17-04-2017, 12:29     545

Türkiyədə keçirilən referenduma və onun nəticəsinə mənfi yanaşa bilmərəm.

interposta.info xəbər verir ki, bu sözləri rusiyalı tarixçi və analitik Oleq Kuznetsov Türkiyədə keçirilən referendum haqda Axar.az-a eksklüziv açıqlamasında deyib. O qeyd edib ki, referendum hər bir suveren ölkə vətəndaşının öz taleyini müstəqil müəyyən etmək hüququdur:


“Ona görə də qəbul edilən formada desək, “birbaşa demokratiya”ya mənfi yanaşa bilmərəm. Tamam başqa məsələ də var ki, bəzən referendum prosedurundan cinayətkar fəaliyyətinin nəticələrini leqallaşdırmaq üçün istifadə edirlər – dövlət çevrilişi və ya başqasının ərazilərini işğal etmək kimi. Məsələn, fevral ayında Dağlıq Qarabağda baş verən hadisələri buna misal göstərmək olar. Məqsədlərdən asılı olaraq, referendum fərqlidir”.

Kuznetsov vurğulayıb ki, Türkiyədə idarə formasının parlament respublikasından prezident respublikası idarəçiliyi ilə əvəzlənməsinə gətirib çıxaran referendum ölkənin dövlət quruluşunun əsasında duran yeni ictimai müqavilənin qurulması formasıdır:

“Şəxsən mən əminəm ki, hər bir xalq yaşayacağı həyatının təşkili qaydalarını müəyyən etmək hüququna malikdir. Buna görə də Türkiyədəki referendumunun nəticələrinə hörmətlə yanaşıram”.

Politoloqun fikrincə, ötən bazar gün Türkiyədə baş tutan referendum Rəcəb Tayyib Ərdoğanın ölkə rəhbərliyinin bütün dövrü ərzində yürütdüyü daxili siyasətinin məntiqi nəticəsi idi:

“Ərdoğan əvvəlcə idarəçilikdə parlamentlə prezidentin səlahiyyət balansını dəyişdi, sonra isə prezident səlahiyyətlərini qeyri-məhdud dərəcədə genişləndirdi. Türkiyənin siyasi dairələrində onu əbəs yerə “Sultan” adlandırmırlar. İndi hadisələrin gələcəkdə necə inkişaf edəcəyini, bu hadisələrin Türkiyə cəmiyyətinə yaxın vaxtlarda və ortamüddətli perspektivdə nələr əxz etdirəcəyini demək mənim üçün çətindir.

Amma bir şey tamamilə aydındır – Türkiyədə Qazi Mustafa Kamal Atatürkün respublika modelinə birdəfəlik son qoyuldu. Türkiyə üçün yeni tarixi bir era başladı. Bundan sonra Türkiyənin daxili və xarici siyasətinin strateji planlaşdırma məsələləri Prezident Administrasiyasının səlahiyyət dairəsinə keçəcək. Əslində, Türkiyə referendum nəticəsində Rusiya və ya Azərbaycan dövlət quruluşu modelini təqlid edir. Bu isə Türkiyə cəmiyyətində həm siyasi, həm də inzibati elitanın transformasiyasını xeyli dəyişməsinə mütləq səbəb olmalıdır. Bütün bunların praktikada nəyə gətirib çıxaracağı isə bir müddət sonra aydın olacaq”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26