Interposta.Info

Prezidentin Qarabağ üzrə xüsusi nümayəndəsi referendum şərtini açıqladı

Siyasət
 6-05-2017, 13:33     524

“Azərbaycan ərazisində yalnız Azərbaycan Konstitusiyasının tələb etdiyi halda ümumxalq səsverməsi keçirilə bilər. Bu baxımdan, nə zamansa əgər münaqişənin həlli prosesi referendum tələb edən səviyyəyə çıxarsa, o zaman bütün Azərbaycan xalqı öz fikrini bildirmək üçün referendumda iştirak edə bilər. Qarabağ məsələsi ilə bağlı digər referendum planını qəbul etmirəm. Bunun üçün əsas yoxdur”.

Bu sözləri Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov deyib. O bildirib ki, statusun müəyyənləşdirməsi ilə bağlı proses yalnız legitim çərçivədə həyata keçirilə bilər: “Bu da yalnız Qarabağ regionundan qovulmuş və oraya qayıtmalı olan Azərbaycan əhalisinin iştirakı ilə baş verə bilər. Bu məsələnin müzakirəyə çıxarılması üçün razılığın müəyyənləşdirilməsi başqa məsələdir. Bu barədə biz hələ danışmırıq”. (virtualaz.org)

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26