Interposta.Info

İrandan

Siyasət
 17-02-2017, 13:59     885

İrandan

İranın dövlət banklarından biri üçüncü İran-Ermənistan elektrik xəttinin tikintisi üçün 84 milyon dollar maliyyə vəsaiti ayırıb.

Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu açıqlama yayıb.

Politoloq bununla İranın işğalçı Ermənistanı dəstəklədiyini nümayiş etdirdiyini vurğulayıb:

“İranın dövlət strurkturları Ermənistanın tamamən taqətdən düşməməsi üçün içğalçıya dəstək verirlər, İrəvanı ayaqda tutmağa çalışırlar. Bəs yaxşı Tehranın Ermənistana kredit ayırması üçün pulu varsa, Rəşt-Astara dəmiryolunun tikintisi üçün niyə Azərbaycandan maliyyə alır?”

Politoloq qeyd edib ki, Azərbaycan Beynəlxalq Bankı Rəşt-Astara dəmir yolunun tikintisi üçün İrana 500 milyon dollar kredit ayırıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26