Interposta.Info

Bəndər-Abbasa gələn yüklər Azərbaycandan daşınacaq

İqtisadiyyat
 7-03-2019, 21:16     10 480

Hindistandan İranın Bəndər-Abbas limanına daxil olan yüklər Azərbaycan ərazisindən keçməklə Rusiya və Avropaya daşınacaq.

Bu sözləri İranın yollar və şəhərsalma nazirinin müavini Xeyrullah Xatəmi deyib.

O bildirib ki, bir neçə gündən sonra "Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin tərkib hissəsi olan Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu xəttinin Qəzvin-Rəşt hissəsi İran Prezidentinin iştirakı ilə istismara veriləcək. İran və Azərbaycanın Astara şəhərlərini birləşdirən dəmir yolu artıq istifadəyə verilib. Yolun Rəşt-Astara hissəsində isə işlər davam edir.

X.Xatəminin sözlərinə görə, Asiya ilə Avropanın nəqliyyat baxımından birləşməsinə bir addım qalıb. Bu addım isə Rəşt-Astara yolunun tikintisinin yekunlaşmasıdır. Bundan sonra Hindistan nəqliyyat baxımından Avropa ilə birləşəcək: "Yüklərin çatdırılma vaxtı 20 gün, nəqliyyat xərcləri isə 40 faizə qədər azalacaq. Bu yolla ildə 30 milyon ton yük daşınacaq”. /oxu.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26