Interposta.Info

Cavid Qurbanov BTQ-dən danışdı

Ölkə
 23-11-2017, 19:40     8 117

İstanbul şəhərində İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC)33-cü iclası nazirlər toplantısı çərçivəsində"Transmilli nəqliyyat dəhlizlərinin inkişaf perspektivləri” mövzusunda panel keçirilib.

interposta.info report-a istinadən xəbər verir ki, tədbirdə Avrasiya məkanındakı dəmir yolu şəbəkələrinin perspektivləri müzakirə olunub.

Sudanın nəqliyyat naziri İbrahim Yusif Məhəmməd Abdallanın sədrliyi ilə keçirilən paneldə Səudiyyə Ərəbistanı və Çindən olan nümayəndələr də iştirak ediblər.

"Azərbaycan Dəmir Yolları” QSC-ninsədri Cavid Qurbanov çıxışındaölkəmizin son illərdə həyata keçirdiyi beynəlxalq nəqliyyat layihələrindən danışıb, ötən ay istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə respublikamızın beynəlxaq və regional nəqliyyat dəhlizində əhəmiyyətli mövqeyə sahib olduğunu vurğulayıb.

QSC sədriyük qatarları vasitəsilə Rusiyadan ixrac edilən taxta, dəmir, daş kömür, Qazaxıstandan taxıl və taxıl məhsullarının daşınması üçün Bakı-Tbilisi-Qars dəmir yolu xəttininböyük imkanlara malik olduğunudeyib.

C.Qurbanov həmçinin "Şimal-Cənub" nəqliyyat dəhlizinin tikintisi başa çatmaqda olan Astara (Azərbaycan)-Astara (İran) dəmir yolu keçidindən də danışıb və bu layihələrlə Azərbaycanın tranzit ölkəyə çevrildiyini bildirib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26