Şirin İbadi:

“Prezidentliyə namizədlərin insan hüquqlarına münasibətdə keçmişdəki mövqeyi qəbuledilməzdir”
Tanınmış iranlı vəkil, sülh üzrə Nobel mükafatı laureatı Şirin İbadi, aprelin 29-da Beynəlxalq İnsan Hüquqları Kampaniyası fəallarına açıqlamasında İrandakı prezidentliyə namizədlərdən danışıb.
İbadi bildirib ki, İranda prezident seçkilərinə qatılacaq 6 namizəddən heç birinin insan hüquqları ilə bağlı keçmişi müsbət deyil: “Prezidentliyə namizədlərin heç birinin insan hüquqlarına münasibətdə keçmişdəki mövqeyi və rəftarı qəbuledilməzdir. Onların hamısının keçmişi bu baxımdan qaranlıq və mənfidir. Təəssüflər olsun ki, İranda Konstitusiyaya Nəzarət Şurası ölkə əhalisini “pis” və “ən pis” namizədlər arasından birini seçmək məcburiyyətində qoyub.
Prezidentliyə namizədlər arasında axund İbrahim Rəisinin insan hüquqlarına riayətlə bağlı keçmişi və stajı çox qara və ləkəlidir: “Rəisinin 1988-ci ildə siyasi məhbusların faciəli kütləvi qətliamında oynadğı rolu heç vaxt yadlardan çıxmır. Bəli, 1988-ci ildə xalqın fərqli düşüncəyə sahib günahsız cavanlarını sırf hakimiyyəti tənqid etdiklərinə görə dəstə-dəstə tutub edam etdikdən sonra qəbiristanlıqlara göndərəndə və onların hətta qəbirlərini belə ailələrindən gizlədəndə, İbrahim Rəisi ilə digər namizəd Mustafa Purməhəmmədinin baş vermiş bütün bu cinayətlərdə birbaşa əli və rolu olub. Bu isə heç vaxt unudulmayıb, unudulmayacaq da.
Prezidentliyə namizədliyini irəli sümüş indiki hökumət başçısı Həsən Ruhaniyə gəlincə, demək olar ki, onun da son dörd ildəki fəaliyyətində ölkədə insan hüquqları ilə bağlı vəziyyət o qədər də ürəkaçan olmayıb. Ruhani hökumətinin nəzarətində çalışan ETTELAAT Nazirliyi, həmin müddətdə çoxlu jurnalisti və mədəni fəalı tutub həbsə salıb, təzyiq və təqiblərə məruz qoyub. Ruhani isə bunların heç birindən boyun qaçıra bilməz”.
İranda növbəti prezident seçkiləri bu il, mayın 19-da (1396-cı il, ordibeheştin 29-da) keçiriləcək. Seçkilərdə 6 namizəd (Həsən Ruhani, İshaq Cahangiri, İbrahim Rəisi, Məhəmmədbağır Qalibaf, Mustafa Mirsəlim və Mustafa Haşimi Təba qatılıb) prezidentlik uğrunda bir-biri ilə rəqabət aparacaq.(GünAzTV)
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26