Interposta.Info

Bu gündən prezidentliyə namizədlər sənədlərini MSK-ya təqdim edə bilərlər

Siyasət
 20-02-2018, 11:41     9 306

Azərbaycanda aprelin 11-nə təyin edilən Prezident seçkilərində nаmizədlər bu gündən qeydə alınmaları üçün zəruri olan seçki sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edə bilərlər

Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planına əsasən, sənədləri səsvermə gününə ən çoxu 50 gün (20 fevral) qalmış Prezidentliyə namizəd, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi təqdim edə bilər.

Sənədlərin təqdim edilmə müddəti isə martın 12-də saat 18:00-da başa çatacaq.

Qeyd edək ki, Prezident seçkiləri aprelin 11-nə təyin olunub.“Report”

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26