Interposta.Info

Ukraynada prezident seçkilərinin ikinci turu ilə bağlı sükut günü başladı

Dünya
 20-04-2019, 14:06     10 405

Ukraynada keçiriləcək prezident seçkiləri ikinci turu ilə bağlı olaraq bu gün ölkədə sükut günüdür.

Ukraynanın seçki qanunvericiliyinə görə, səsvermə gününün sonuncu günü hər hansı seçki təşviqatı, namizədlərin təbliğatı, reklamlar, KİV-lərdə açıqlamalar qadağan olunur.

Xatırladaq ki, Ukraynada prezident seçkilərinin birinci turu - martın 31-də keçirilib. Ukrayna Mərkəzi Seçki Komissiyası 44 nəfəri prezidentliyə namizəd olaraq qeydə alıb. 5 nəfər sonradan namizədliyini geri götürüb. MSK-nın seçki bülletenində 39 namizədin adı qeyd olunub. Səsvermənin nəticəsi olaraq Vladimir Zelenski və Petro Poroşenko ikinci tura keçib. Aprelin 21-də hər iki namizəd Ukraynanın yeni prezidentliyi uğrunda mübarizə aparacaq (Virtualaz.org).

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26