Interposta.Info

Azərbaycan müxalifətində Navalnı ilə yaxınlığı olan siyasətçi varmı...

Siyasət
 1-04-2017, 07:27     532

Razi Nurullayev: “Onunla üz-üzə gəlmişik”

Sərdar Cəlaloğlu: “Onunla nə əməkdaşlığımız ola bilər ki?”

Əli Əliyev: “Feysbuq dostumdur”


Hikmət Hacızadə: “Mən səfir işləyəndə o hələ çox gənc idi”

Blogger Aleksey Navalnı son bir həftədə Rusiya müxalifətinin liderlərindən birinə çevrilib. O, hazırda gündəminin əsas qəhrəmanlarından biridir. Artıq hər kəs onu cəsarətinə görə rus müxalifətinin ən önəmli siması kimi təqdim edir. Bu nüfuzu isə o 26-27 mart tarixlərində Rusiyada keçirilən korrupsiya əleyhinə olan mitinqlərdə qazandı.

Gələn ilki prezident seçkilərində iştirak hüququndan məhrum edilsə də, çoxları Navalnını Rusiya prezidenti Vladimir Putinə alternativ görürlər. Əvvəllər daha çox blogger kimi tanınan və iki gün ərzində müxalifət liderinə çevrilən bu şəxs ölkəmizdə də kifayət qədər populyarlıq qazanıb. Azərbaycan demokratik düşərgəsinin Navalnı ilə əlaqəsinin olub-olmaması da maraqlıdır.

Yeni AXCP-nin sədri Razi Nurullayev “Yeni Müsavat”a açıqlamasında Navalnını bir sıra tədbirlərdə gördüyünü bildirdi: “2010-11-ci illərdə keçirilən bəzi tədbirlərdə onu görmüşəm. O zamanlar Navalnı çox da məşhur deyildi. Demokratiya, insan hüquqları ilə bağlı məsələlərdən danışırdı.
Azərbaycan müxalifətində Navalnı ilə yaxınlığı olan siyasətçi varmı...


Onunla konfranslarda sadəcə üz-üzə gəlmişik, birlikdə tədbirlərdə iştirak etmişik. O vaxtlar elə də ciddi məsələ yox idi. Navalnı sadəcə blogger idi. Buna görə onunla elə bir xüsusi söhbətimiz olmayıb. Açığı o zamanlar düşünməmişdim ki, nə zamansa o Rusiya müxalifətinin lideri səviyyəsinə gələ bilər. Amma təbii ki, hər bir siyasətçinin, ictimai fəalın nə zamansa ulduzu parlaya bilər. Onun da ulduzu parlamağa başlayıb. Fəaliyyət göstərir, görünür metodları da düzdür. Bunun üçün də şəraitin olduğu görünür. Eyni zamanda Navalnı maliyyə imkanları kifayət qədər yüksək olan bir şəxsdir. Ulduzu indi parlayıb, ona uğur arzulayıram. Hər bir məsələyə ani baxıb qərar verən şəxs deyiləm. Əgər Navalnı ilə əlaqələrimiz Azərbaycan naminə müsbətlər gətirərsə, təbii mən buna razıyam. Belə bir imkan olarsa, onunla təmasdan qaçmaram. Amma hələ ki bu bizim gündəmimizdə olan məsələ deyil. Navalnını araşdırmamışam. Lakin vətənini sevən, Rusiyanın inkişafında maraqlı olan bir şəxs olduğunu bilirəm. Amma unutmaq olmaz ki, Rusiya siyasətçilərinin tam əksəriyyətinin Qafqaz xalqlarına qarşı birmənalı münasibətinin olmadığını zaman-zaman görmüşük. Navalnının da belə bir münasibəti ola bilər. Onun millətçi olması barədə mən də oxumuşam. Amma insan fəaliyyətinə, məvcud şəraitə uyğun şəkildə zaman-zaman dəyişir, düşünürəm ki, Navalnı da belə olacaq”.

ADP sədri Sərdar Cəlaloğlu Navalnı ilə heç bir əlaqələrinin, təmaslarının olmadığını, onu heç bir yerdə yaxından görmədiyini söylədi: “Əgər Navalnı demokratdırsa, imperialist maraqları yoxdursa, hakimiyyət uğrunda özünü demokrat kimi göstərmirsə, ilk növbədə keçmiş SSRİ məkanında olan bütün demokratik güclərlə əlaqə yaratmalıdır.
Azərbaycan müxalifətində Navalnı ilə yaxınlığı olan siyasətçi varmı...

Bu əlaqələr olmadığına görə, biz də düşünürük ki, o heç də düşündüyümüz kimi ideal demokratik lider deyil. Əgər demokratik lider də deyilsə, onunla nə əməkdaşlığımız ola bilər ki?”.

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev Navalnı ilə facebookda dost olduqlarını qeyd etdi: “Feysbuq dostumdur, fəaliyyətini mütəmadi izləyirəm. Çünki Rusiyada baş verənlərin bizə təsiri həlledici dərəcədədir.
Azərbaycan müxalifətində Navalnı ilə yaxınlığı olan siyasətçi varmı...


Son fəallaşmasını da təqdir edirəm. Medvedevlə bağlı araşdırması Rusiya siyasi mənzərəsini köklü şəkildə dəyişib. İnanıram ki, gələn ilki prezident seçkilərində ciddi faktor olacaq. Kifayət qədər kreativ siyasətçidir. Onunla həyatda təmasımız olmayıb, görüşməmişik”.

AXC hakimiyyəti dövründə Rusiyada səfir işləmiş, politoloq Hikmət Hacızadə bunları dedi: “Navalnı ilə heç bir əlaqəm olmayıb, şəxsən onu tanımıram. Mən Rusiyada səfir işləyəndə o hələ çox gənc idi.
Azərbaycan müxalifətində Navalnı ilə yaxınlığı olan siyasətçi varmı...


Amma onu deyə bilərəm ki, Navalnının siyasi baxışları çox ziddiyyətlidir. O həm millətçidir, həm də korrupsiya ilə mübarizə aparır. Onun dəyəri cəsarətindədir. O durmadan qabağa gedir, qorxmur, həbs edirlər, ardınca azadlığa buraxırlar. Amma əqidəsindən dönmür, daim irəli can atır. İndi belə şəxslər lazımdır”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26