Interposta.Info

Keçmiş qadın deputatın qardaşları onlarla insanı necə aldatdı? - Bakının mərkəzində qanunsuz bina tikib, ölkədən qaçıb

Paradoks
 28-06-2018, 13:48     11 372

Bakıda daha bir tikinti şirkətinin dələduz əməlləri ortaya çıxıb.

"XeberBiz" xəbərinə görə, bir qrup paytaxt sakinindən BakuPost.az-a daxil olan şikayətdə bildirilir ki, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi, 788-ci məhəllədə yerləşən 18 mərtəbəli binanı inşa edən sahibkar onları aldadaraq ölkədən qaçıb.


Sakinlərin şikayətinə görə, "Aslan” MTK 2004-cü ildə bu ərazini Bakı şəhər İcra Hakimiyyətindən alsa da, burada tikinti aparılmasına icazə sənədi ala bilməyib. Buna rəğmən ərazidə 18 mərtəbəli bina tikilib və vətəndaşlara satılıb.

Keçmiş qadın deputatın qardaşları onlarla insanı necə aldatdı? - Bakının mərkəzində qanunsuz bina tikib, ölkədən qaçıb

Sakinlər bildirir ki, məhz bu səbəbdən 10 ildən artıqdır, bu bina dövlət qeydiyyatına alınmır və sakinlərə "kupça” verilmir.

Binanı tikən sahibkar, "Aslan” MTK-nın sədri Abbasov Fərhad Gülbaba oğlu isə 2010-cu ildə Azərbaycanı tərk edib və vətəndaşları ortada qoyub. Saytımıza müraciət edən şəxslər bildirir ki, bütün bunlar azmış kimi, son iki ildə binanı idarə edən şəxslər onlara külli miqdarda ziyan vurub.

Belə ki, binanın icraçı direktoru kimi fəaliyyət göstərən Mahmudov Əli Sarvan oğlu bina sakinlərinin kommunal xərclərini qeyri-əhali kimi toplayıb və şişirdilmiş ödənişlər tələb edib. Lakin məlum olub ki, heç sakinlərdən yığdığı külli miqdarda vəsaiti də dövlət qurumlarına ödəməyib. Nəticədə "Azəriqaz” borca görə binaya verilən qazı kəsib.

Sakinlərin araşdırması nəticəsində adıçəkilən şəxsin onlardan hər ay iki dəfədən artıq kommunal ödəniş yığdığı aşkara çıxıb. Sakinlər bu barədə qəbzləri də saytımıza təqdim edib.

Keçmiş qadın deputatın qardaşları onlarla insanı necə aldatdı? - Bakının mərkəzində qanunsuz bina tikib, ölkədən qaçıb


Şikayətçilər qeyd edir ki, binanı tikdirən sahibkar ölkədən qaçıb getdiyi üçün şikayətlərini kimə edəcəklərini bilmirlər. Müvafiq dövlət qurumları isə binanı qeydiyyata almaqdan imtina edir. Halbuki bina sakinləri bütün kommunal ödənişləri vaxtı-vaxtında ödəyir. Sakinləri isə bir sual maraqlandırır: əgər bu tikili qeyri-qanunidirsə, dövlət qurumları hansı əsasla buraya qaz, işıq su, və s. verir və pulunu tələb edir? Əgər bütün bu dövlət qurumları binanı qanuni sayaraq, bu xidmətləri təmin edibsə, bəs bina niyə dövlət qeydiyyatına alınmır və evlərin sahiblərinə çıxarışlar verilmir?

Sakinlərin iddiasına görə, binanı dövlət qeydiyyatına salmalı olan qurumlar sahibkardan pul tələb edir, lakin bu pulu ala bilmədikləri üçün bina qeydiyyata alınmır. Sahibkar isə Azərbaycandan qaçıb və xaricdə dəbdəbəli həyatını davam etdirir.

Keçmiş qadın deputatın qardaşları onlarla insanı necə aldatdı? - Bakının mərkəzində qanunsuz bina tikib, ölkədən qaçıb


"XeberBiz" məlumatına görə, BakuPost-un apardığı araşdırma nəticəsində məlum olub ki, adıçəkilən MTK-nın sahibi Fərhad Abbasov Azərbaycan parlamentinin keçmiş üzvü, 2005-2010-cu illərdə deputat olmuş Lalə Abbasovanın qardaşıdır. Əldə etdiyimiz məlumata görə, MTK daha əvvəl Lalə Abbasovanın digər qardaşı Rafiq Abbasovun adına olub, lakin sonradan şirkət o biri qardaşın adına keçirilib.

Keçmiş qadın deputatın qardaşları onlarla insanı necə aldatdı? - Bakının mərkəzində qanunsuz bina tikib, ölkədən qaçıb


Araşdırma nəticəsində onu da öyrəndik ki, bu yaşayış binasında Azərbaycan parlamentinin bir çox üzvünün evi olub. Lakin daha sonra bu şəxslər öz əlaqələrindən istifadə edərək evlərini sənədləşdirə bilib. Bu yüksək vəzifəli şəxslərin bəziləri qeyd olunan binadakı evlərini satmağa nail olsa da, bəzilərinin hələ də burada mənzilləri var. Lakin müvafiq dövlət qurumları ilə əlaqəsi olmayan sadə vətəndaşlar öz evlərini illərdir, sənədləşdirə bilmirlər.
Şikayətlərini deməyə isə bir məsul şəxs tapa bilmirlər.

interposta.info

Keçmiş qadın deputatın qardaşları onlarla insanı necə aldatdı? - Bakının mərkəzində qanunsuz bina tikib, ölkədən qaçıb
Keçmiş qadın deputatın qardaşları onlarla insanı necə aldatdı? - Bakının mərkəzində qanunsuz bina tikib, ölkədən qaçıb

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26