Interposta.Info

Bakıda bu binalar söküləcək

Ölkə
 30-12-2020, 09:35     754

Yeni ildə Bakıda tikinti-yenidənqurma işləri davam edəcək. Paytaxtın 2 rayonu ərazisində tikinti işləri sürətlənəcək.

Artıq Nərimanov rayonu ərazisində bir neçə ünvanda plana düşən evlərin söküləcəyi ilə bağlı sakinlərə müraciət olunub.

"İnterPosta" xəbər verir ki, Nərimanov rayon İcra Hakimiyyətindən Baku.ws-ə bildirildi ki, Ağa Nemətulla küçəsində, Xətai prospektində evlər plana düşüb. Tikintini aparacaq podratçı tikinti şirkətləri seçilib və hazırda evlərin söküntüsü ilə bağlı işlərə başlanılıb.

Yeni ildə Xətai rayonu ərazisində də yenidənqurma işləri davam edəcək. İlk olaraq qəzalı binaların söküntüsü ilə bağlı monitorinq aparılıb. Xətai rayonu, General Şıxlinski küçəsi 42 ünvanında isə bir bina kəskin qəzalı olması səbəbindən söküləcək.

Bundan başqa, Binəqədi, Sabunçu, Səbail rayonları ərazisində də yenidənqurma işlərinin aparılması planlaşdırılır. Həmin rayonun ərazisində yerləşən qəzalı evlərin və binaların müəyyənləşməsi üçün monitorinq aparılır.

Qəzalı tikililər aşkarlandıqdan sonra söküntü ilə bağlı vətəndaşlarla razılaşmalar əldə olunacaq və sakinlər köçürüləcək.

Sonda qeyd edək ki, hazırda Yasamal rayonu ərazisində söküntü-tikinti işləri davam edir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26