Bakının mərkəzində etiraz aksiyası -
Bakı şəhəri Səbail rayonu Bayıl qəsəbəsində, Qurban Abbasov küçəsi 42 ünvanında yaşayan sakinlər etiraz aksiyası keçirirlər.
"XeberBiz" Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, buna səbəb "Dönüş MMC" şirkətinin həmin ərazidə yeni bina tikməyə başlamasıdır.
Ərazidə yaşayan 10 fərdi evin sakinləri bildirirlər ki, şirkət artıq ərazidə olan 4 fərdi yaşayış evini söküb və digər sakinlərin də evlərinə zərər vurub. Şirkət əməkdaşları vətəndaşların tələblərinə məhəl qoymadan və razılıq almadan həmin ərazidə tikinti işlərinə başlayıblar.
![]()
Sakinlər bildirirlər ki, şirkət rəhbərliyi onlarla olduqca kobud davranır: "Nə bizimlə müqavilə bağlayıblar, nə hansısa vəd veriblər. Deyirlər, "gedin, harada yaşayırsız, yaşayın, nə zaman bina tikiləcək, o zaman indiki evinizin kvadratından 25 faiz böyük mənzil veriləcək". Bundan başqa bizə heç bir söz demirlər".
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26

