Azərbaycanlının idarə etdiyi nəqliyyat vasitəsi uçuruma yuvarlandı (FOTO)
Türkiyənin Antalya vilayətinin Alanya rayonunda Azərbaycan vətəndaşının idarə etdiyi ATV nəqliyyat vasitəsi (All-Terrain Vehicle və ya kvadrosikl) təxminən 20 metrlik uçuruma yuvarlanıb.
Goldmedia.az xəbər verir ki, qəza nəticəsində xəsarət alan sürücü xilasedicilər tərəfindən çıxarılaraq xəstəxanaya aparılıb.
Hadisə Alanyanın Bektaş məhəlləsində baş verib. Azərbaycan vətəndaşı R.H.-nin idarə etdiyi 07 BTJ 796 dövlət nömrə nişanlı ATV idarəetməni itirərək təxminən 20 metr dərinliyindəki uçuruma düşüb.
Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə polis, tibbi yardım və yanğınsöndürmə-xilasetmə qrupları göndərilib.
Xəsarət alan sürücü xilasedicilər tərəfindən xərək vasitəsilə olduğu yerdən çıxarılaraq yuxarı qaldırılıb. Yaralı təcili tibbi yardım avtomobili ilə Alanya Təhsil və Araşdırma Xəstəxanasına çatdırılıb.
Hadisə ilə bağlı araşdırma aparılır./qaynarinfo
Goldmedia.az


Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26




