Interposta.Info


Rafiq Həşimov TÜRKSOY medalı ilə təltif olundu (FOTO)
 

Dünya
 Dünən, 15:10     25

Azərbaycanın tanınmış televiziya və kino xadimi, ssenarist, telejurnalist, esseist və tərcüməçi Rafiq Həşimov 60 illik yubileyi ərəfəsində "Türk mədəniyyətinə verdiyi töhfələrə görə" TÜRKSOY medalı ilə təltif edilib.
Goldmedia.az xəbər verir ki, mükafatı yubilyara TÜRKSOY-un baş katibi Sultan Rayev təqdim edib.
Təltifetmə mərasimində çıxış edən Sultan Rayev bildirib ki, bu medal ilk dəfə televiziya xadiminə təqdim olunur.
Onun sözlərinə görə, Rafiq Həşimov uzun illər ərzində türk dünyasının mədəni irsinin təbliği istiqamətində mühüm fəaliyyət göstərib, çoxsaylı bədii-sənədli filmlərin müəllifi, eləcə də türk dünyasının görkəmli mədəniyyət, ədəbiyyat və elm xadimlərinə həsr olunan televiziya proqramlarının müəllifi və aparıcısı kimi tanınıb.
"Biz TÜRKSOY olaraq Rafiq müəllimin xidmətlərini yüksək qiymətləndiririk. Onu 60 illik yubileyi münasibətilə təşkilatın ali təsisatlarından biri olan "TÜRKSOY" medalı ilə türk mədəniyyətinə xidmətlərinə görə təltif edirik", deyə Sultan Rayev vurğulayıb.
Qeyd edək ki, Rafiq Həşimov televiziya və kino sahəsindəki fəaliyyəti ilə yanaşı, ssenarist, esseist və tərcüməçi kimi də tanınır. Onun müəllifi olduğu layihələr türk dünyasının ortaq mədəni dəyərlərinin təbliğinə mühüm töhfə verib.
 



Goldmedia.az

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26