Interposta.Info

Ronaldunun Bakıya gəlməsi xəbərinə aydınlıq gətirildi - AÇIQLAMA + YENİLƏNİB  

Ölkə / Manşet
 7-08-2023, 16:43     154

Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldunun Azərbaycana gəlməsi xəbərinə münasibət bildirilib.

Bu barədə olke.az saytına açıqlama verən “WBC boks” konvensiyasının ictimaiyyətlə əlaqələr şöbəsinin rəsmisi Gil Sanandros Kastelio yayılan xəbəri yalanlayıb. O, qeyd edib ki, ulduz futbolçunun beynəlxalq səviyyədə olan təbliğat işlərinə onların media komandası nəzarət edir:

“Ümumiyyətlə, bizim layihələrin sifarişi minimum altı ay öncədən müraciət əsasında təşkil olunur. İlkin danışıqlar gedir, sonda bizim tərəfimizdən ilk mərhələyə razılıq veriləndən sonra növbəti addımlar müzakirə olunur. Azərbaycandan isə bizə son illər heç bir müraciət daxil olmayıb. Tamamilə yalan məlumatdır”.
09:48

Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldu Azərbaycana gələcək.

Oxu.Az xəbər verir ki, Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubunda çıxış edən 38 yaşlı hücumçu Bakıya səfər edəcək.
Ronaldu şirkətlərdən birinin reklam siması olacaq. Ulduz futbolçu ilə görüş və korporativ imza mərasiminin keçirilməsi planlaşdırılır. Artıq tərəflər bütün detalları razılaşdırıblar, müqavilə hazırlanıb.

Səfərin dəqiq tarixi hələlik açıqlanmır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26