Interposta.Info

Ronaldunun oğlu 28 oyuna 58 qol vurub- VİDEO

İdman
 31-10-2019, 13:53     10 469

İtaliyanın “Yuventus” komandasının futbolçusu Kriştianu Ronaldunun oğlu məhsuldarlığı ilə diqqət çəkib.

“Report”un “FootballTalentScout” a istinadən məlumatına görə, kiçik Kriştianu Ronaldu Turin təmsilçisinin U-9 komandasının heyətində 28 oyuna 58 qol vurub və 18 məhsuldar ötürmə verib.

Qeyd edək ki, ata Ronaldu cari mövsümdə A Seriyasında 8 oyuna 5 qol vurub. Çempionlar Liqasında isə o, 1 dəfə fərqlənib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26