Interposta.Info

Ronaldu "Yuventus"un heyətində ilk rəsmi qolunu vurub

İdman
 16-09-2018, 20:52     10 539

Portuqaliyalı hücumçu Kriştianu Ronaldu İtaliyanın "Yuventus" klubunun heyətində rəsmi oyunda ilk qolunu vurub.

“Report” xəbər verir ki, forvard İtaliya A Seriyasının 4-cü turunda "Sassuolo"ya qarşı keçirilən matçın 50-ci dəqiqəsində fərqlənib.

Daha sonra futbolçu 65-ci dəqiqədə dublunu rəsmiləşdirib. Hazırda oyun davam edir.

Ronaldu "Yuventus"a iyulun 10-da Madrid "Real"ından 100 milyon avroya transfer olunub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26