Interposta.Info

Ronaldunun "Instagram" gəliri açıqlandı - Fantastik məbləğ

Dünya
 1-07-2021, 13:11     405

Portuqaliya millisinin və "Yuventus”un futbolçusu Kriştianu Ronaldunun "Instagram"dan qazandığı məbləğ açıqlanıb.

"İnterPosta" xəbər verir ki, 36 yaşlı futbolçunun "Instagram" hesabındakı reklam qiyməti 1 milyon 600 min dollardır. Portuqaliyalı ulduzun "Instagram"da ildə 40 milyon dollar qazandığı təxmin edilir ki, bu da onun Turin təmsilçisindəki maaşından çoxdur.

Ronaldu bu göstəriciyə görə, birinci pilləyə yüksəlib. Futbolçu "Instagram" gəlirlərinə görə aktyor-güləşçi Dueyn Consonu və müğənni Ariana Qrandeni geridə qoyub.

Qeyd edək ki, Ronaldu "Instagram"da 300 milyondan çox izləyicisi olan ən populyar insandır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26