Interposta.Info

Sabahdan etibarən metronun bu stansiyalarına girişin vaxtı dəyişir

 

Ölkə
 12-10-2022, 18:21     241

Bənövşəyi xəttin stansiyaları 23:30-dan sərnişinlərin girişinə bağlanacaq.

Bu barədə "İnterPosta"ya səhmdar cəmiyyətin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Bənövşəyi xəttin "Xocəsən-Avtovağzal” sahəsində qatarların hərəkətinin təhlükəsiz təşkilinə dair sistemlərin sazlama və sınaq işlərinə başlanılır.

Bununla əlaqədar oktyabrın 13-dən oktyabr 16-na qədər Bənövşəyi xəttin stansiyaları ("Avtovağzal”, "Memar Əcəmi” və "8 Noyabr”) sərnişinlərin girişinə saat 23:30-da bağlanacaq və qatarların hərəkəti məhdudlaşdırılacaq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26