İşıqlar söndü, Bakı metrosunda hərəkət dayandı
Bu gün paytaxtın elektrik enerji təchizatında yaranmış problem "Bakı Metropoliteni" QSC-də qatarların hərəkətinin dayanmasına səbəb olub.
Qaynarinfo xəbər verir ki, bu barədə qurumun Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə görə, saat 16:10-da metropolitenə gələn elektrik xətlərində yüksək gərginlik olmadığından Bənövşəyi xəttin "Avtovağzal" və "Memar Əcəmi" stansiyaları sərnişinlərin hərəkətinə bağlansa da, saat 16:30-dan gərginlik verilib və qatarların hərəkəti bərpa olunub.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26