Interposta.Info

Bakı metrosunda 4 stansiyada işıqlar söndü (FOTOLAR)

Ölkə
 11-05-2019, 18:53     10 300

"Bakı Metropoliteni"nin 4 stansiyasında texniki problem yaranıb.

İnterPosta.info
xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, metronun "Nizami", "Elmlər Akademiyası", "İnşaatçılar" və "20 yanvar" stansiyalarının daxili işıqlanmasında problem yaranıb: "Problem təxminən 2 dəqiqə olub və həmin xətt üzrə hərəkət edən qatarların hərəkətində gecikmə yaradıb. Artıq problem aradan qaldırılıb və qatarlar normal qrafiklə hərəkət edir".

B.Məmmədov bildirib ki, elektrik enerjisində problem yalnız stansiyaların işıqlandırılmasında baş verib, qatar xəttində gərginlik dayanmayıb.

İnterPosta.info

Bakı metrosunda 4 stansiyada işıqlar söndü (FOTOLAR)
Bakı metrosunda 4 stansiyada işıqlar söndü (FOTOLAR)

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26