Interposta.Info

Metroda gecikmə - Qatar işləmədi

Ölkə
 14-02-2019, 09:27     10 384

Metroda qatarların hərəkətində problem yaranıb. İnterPosta.info xəbər verir ki, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə bildirib ki, hadisə metronun "İçərişəhər" stansiyasında baş verib: "Stansiyadan start götürən qatarda qəfil problem yaranıb. Nəticədə qatar platformadan 10 dəqiqə gec çıxıb.

Bu da qatarların intervalında gecikməyə səbəb olub".

Onun sözlərinə görə, nasazlıq yaranan qatar depoya göndərilib.

Hazırda qatarlar 2 dəqiqə intervalla hərəkətlərini davam etdirir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26