Metroda problem yarandı

Bakı metrosunda qatarların hərəkətində problem yaranıb.
interposta.info xəbərinə görə, bu barədə "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.
O bildirib ki, "Nəriman Nərimanov" metrostansiyasında işarəvermə avadanlığında baş vermiş texniki nasazlıq səbəbindən bu gün saat 08:15-dən etibarən qatarların hərəkət intervalında gecikmə baş verir: "Nasazlığı aradan qaldırmağa çalışırıq”.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26