Bakı metrosunda sıxlıq: qatar tuneldə qaldı
Səhər saatlarında Bakı metrosu növbəti problemlə üzləşib.
İnterPosta.info milli.az-a istinadən xəbər verir ki, qatarda nasazlıq yaranıb. Yaranan nasazlıq intervalda gecikmələrə səbəb olub ki, bu da platformlarda sərnişin sıxlığına gətirib çıxarıb.
Sərnişinlərin verdiyi məlumata görə, "Həzi Aslanov"dan "Dərnəgül"ə hərəkətdə olan sərnişin dolu qatar "Gənclik" - "28 May" stansiyası istiqamətində 15 dəqiqəyə yaxın tuneldə qalıb.
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov "Trend"ə bildirib ki, Bakıda metroda qatarların intervalında gecikmələr yaranıb. Onun sözlərinə görə, gecikmələr stansiyalarda sərnişin sıxlığı ilə əlaqədardır:
"Səhər saatlarında stansiyalarda güclü sərnişin sıxlığı müşahidə olunur. Stansiyalarda sərnişinlər çox olduğundan qatarlar platformadan gec çıxmaq məcburiyyətində qalır. Bu da qatarların intervalında gecikmə ilə nəticələnib".
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26