Interposta.Info

Ağcabədidə yanan evdə 3 nəfər həlak olub YENİLƏNİB

Ölkə
 2-12-2021, 09:15     338

Ağcabədi rayonunun Hindarx qəsəbəsində fərdi evdə yanğın qeydə alınıb.

APA-nın yerli müxbirinin xəbərinə görə, əraziyə FHN-nin Ağdam və Ağcabədi rayonlarının yanğından mühafizə bölməsinin maşını və əməkdaşları və FHN- Qarabağ Regional Mərkəzinin xilasediciləri cəlb olunub.

Qəsəbə sakini Kərimov Firdovsi Pənah oğluna məxsus evdə baş verən yanğında 2 nəfər evdə qalıb. Hadisə yerinə çağrılan FHN-in Qarabağ Regional Mərkəzinin xilasediciləri yanğın ərazisindən çıxararaq təcili tibbi yardım əməkdaşlarına təhvil verib. Hazırda yanğın davam edir.

***

Ağcabədi rayonunun Hindarx qəsəbəsində fərdi yaşayış evində baş verən yanğın söndürülüb.

Apa-nın Qarabağ müxbirinin xəbərinə görə, hadisə baş verən evdə 3 nəfər yanaraq ölüb.

Bunlar 1991-ci il təvəllüdlü Kərimov Miri Firdovsi oğlu, bir yaş yarımlıq Kərimov Pünhan Miri oğlu və Kərimova Nailə İsa qızıdır. Həlak olanlar bir ailənin üzvləridir. Kərimov Miri post patrul xidmətinin komandiridir.

İnterPosta.info


Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26