Interposta.Info

Ucarda iş adamının oğluna məxsus villada yanğın olub -FOTO

Ölkə
 19-11-2019, 16:58     7 961

Ucarda yanğın olub.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün gündüz saatlarında rayonun Gəraybəyli kəndində qeydə alınıb. Ucar rayon sakini, 1991-ci il təvəllüdlü Mürvət Rahiməli oğlu Əliyevə məxsus ümumi sahəsi 400 kvadrat metr olan 2 mərtəbəli evdə güclü yanğın baş verib. Hadisə yerinə Ucar Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikaları cəlb edilib. Yanğın zamanı evin 1-ci mərtəbəsində 200 kv/m sahə yanıb. Yanğınsöndürənlərin səyi nəticəsində evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğınla bağlı Fövqəladə Hallar Nazirliyi də məlumat yayıb. Məlumatda qeyd olunur ki, Ucar rayonunun Gəraybəyli kəndində ümumi sahəsi 400 m² olan ikimərtəbəli 6 otaqlı evin birinci mərtəbəsinin yanar konstruksiyaları 200 m² sahədə yanıb. Evin qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Qeyd edək ki, yanğın baş verən evin sahibi M.Əliyevin atası Rahiməli Əliyev Ucarda iş adamı kimi tanınır. Onun Rusiya və Azərbaycanda böyük biznes şəbəkəsi var.

İnterPosta.info

Ucarda iş adamının oğluna məxsus villada yanğın olub -FOTO
Ucarda iş adamının oğluna məxsus villada yanğın olub -FOTO
Ucarda iş adamının oğluna məxsus villada yanğın olub -FOTO

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26