Bioloq gecə işığının gözlənilməz təhlükəsi barədə danışdı

Neyrobioloq Rendi C. Nelson süni işıqlandırmanın gecə saatlarında bədənə təsiri və bunun sirkadiyal ritmlərin pozulmasına gətirib çıxarması barədə xəbərdarlıq edib.
"İnterPosta"xəbər verir ki, onun sözlərinə görə, gecə işığı yuxunun keyfiyyətini aşağı salır və orqanizmə mənfi təsir göstərir. Bu, immun sisteminin fəaliyyətini pozur, iltihab, maddələr mübadiləsi problemləri və psixoemosional pozuntulara səbəb olur.
Qərbi Virciniya Universitetində neyrobiologiya kafedrasının müdiri olan doktor Nelson artıq on ildən çoxdur ki, sirkadiyal pozuntuların insan sağlamlığına təsirini öyrənir. Onun araşdırmaları süni işığın, orqanizmin təbii işıq-qaranlıq dövrləri əsasında formalaşmış fizioloji proseslərini pozduğunu göstərir. Bu ritmlərin pozulması piylənmə, depressiya və narahatlıq pozuntularına gətirib çıxara bilər.
Nelson reanimasiya şöbəsindəki xəstələrin vəziyyətini yaxşılaşdırmaq üçün klinik sınaqlar da aparır. O bildirir ki, səhv işıqlandırma bu xəstələrin sağalma prosesini ləngidir. Alimin komandası gecə növbəsində işləyən tibb bacılarını da araşdırmalarına daxil edib: onlar sirkadiyal ritmlərin bərpası üçün qurğuları sınaqdan keçirirlər. Bu da onların iş qabiliyyətini və yuxu keyfiyyətini artırmağa kömək edə bilər.
Qeyd edək ki, tədqiqatın nəticələri "Brain Medicine" jurnalında dərc olunub.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26