Interposta.Info

Azərbaycanda suçiçəyinə yoluxma sayı artıb
 

Ölkə / Manşet
 Bu gün, 16:26     2 613

Bu ilin ilk beş ayında suçiçəyinə 17 min 595 yoluxma halı aşkarlanıb.

Bu barədə "İnterPosta"nın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd olunub ki, bu ilin yanvar - may aylarındakı yoluxma ötən ilin müvafiq dövrü il müqayisədə 2 189 nəfər çoxdur.

İlin ilk beş ayında suçiçəyinə yoluxanlardan 9 min 190-ı kişi, 8 min 405-i isə qadındır. Xəstəliyə yoluxanlardan 15 min 602 nəfəri 17 yaşadək, 1 993 nəfəri isə 18 və yuxarı yaşda olan insanlardır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26