AMEA-da yeni təyinatlar

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda yeni təyinat olub.
"İnterPosta"xəbər verir ki, bununla bağlı müvafiq qərarlar qəbul olunub.
Belə ki, qərarlara əsasən, filologiya elmləri doktoru Aynel Məşədiyeva AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi vəzifəsinə, filologiya elmləri doktoru Məsud Mahmudov isə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri vəzifəsinə təsdiq edilib.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26