Interposta.Info

Goranboyda güclü yanğın nəticəsində ev sahibi yanaraq dünyasını dəyişib YENİLƏNİB

Ölkə
 2-12-2020, 09:17     411

Goranboyda güclü yanğın baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə rayonun Kürək-Çay qəsəbəsində qeydə alınıb.

Taxta materialdan inşa edilmiş yanan ev qəsəbə sakini Altay Verdiyvə məxsusdur. Dərhal hadisə yerinə FHN -ın Goranboy rayonun Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunib.

İlkin məlumata görə, ev sahibi içəridə qalıb. Ərzidə evlər bitişik olduğundan yanğın yaxınlıqdakı 3-4 evə də keçib. Hazırda yanğın söndürülməsi istiqatə işlə davam edir.

Yanğının qaz sızmasından baş verdiyi bildirilib.

***

Goranboyun Kürək-Çay qəsəbəsində baş verən güclü yanğın nəticəsində ev sahibi Altay Verdiyv yanaraq dünyasını dəyişib.

APA-nın yerli bürosunun məlumatına görə, A.Verdiyevin meyiti FHN-in əməkdaşları tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26